Hörmətli izləyicilər!

Bildiyiniz kimi, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda təşkilatın sosial xidməti olan Yuvenal Ədliyyə Mərkəzi tərəfindən “Uşaqlara qarşı zorakılığın qarşısının effektiv şəkildə alınması və cavab tədbirlərinin görülməsi üçün milli sistemlərin gücləndirilməsi" layihəsi çərçivəsində həm Penitensiar Xidmətin Tərbiyə Müəssisəsi və İstintaq Təcridxanasında saxlanılan, həm də Probasiya Xidməti və Daxili İşlər Nazirliyinin Polis idarələrində profilaktik qeydiyyata alınmış yetkinlik yaşına çatmayanlarla, həmçinin İcra hakimiyyətləri yanında YYÇİHMK tərəfindən yönləndirilən, riskli davranışa meyilli olan uşaqlarla sosial-psixoloji reabilitasiya və hüquqi yardım fəaliyyətini həyata keçirir. Yuxarıda qeyd olunan layihənin icrası həmçinin, Lənkəran, Gəncə və Ağcabədi şəhərlərində də eynitipli mərkəz olaraq fəaliyyət göstərir.

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən fəaliyyətlər çərçivəsində Gəncə şəhərində “SOS uşaq kəndləri – Azərbaycan” İctimai Birliyi və Ağcabədi şəhərində “GTM – Qarabağ Regional Ofisi” tərəfindən həyata keçirilən layihələrin superviziyası məqsədilə regionlara səfərlər təşkil edilmişdir.

Superviziyanın əsas məqsədi Yeni yaradılmış mərkəzlərin fəaliyyətinin qiymətləndirilməsi, kadrların inkişafı istiqamətində müzakirələr, çətin keyslərin birgə həll yollarının axtarışı və müvafiq ailələrlə görüşlərin keçirilməsidir.