Azərbaycan Uşaq Qaynar Xətti komandası məktəbə səfər edərək şagirdlər üçün maarifləndirmə işi aparıb. Bu təşəbbüsün məqsədi, ölkəmizdə uşaqlara psixoloji, sosial və hüquqi dəstək göstərən yeganə qaynar xətt xidməti – Azərbaycan Uşaq Qaynar Xətti Xidməti barədə məlumatlandırmaq və onların təhlükəsizliyini təmin etməyə töhfə verməkdir.
Bu səfərdə xüsusi rol oynayan Uşaq Qaynar Xətti mobil sosial xidmət avtobusu, uşaqlara daha əlçatan və operativ dəstək göstərmək üçün fəaliyyətini davam etdirir. Bu təkərli sosial qayğı xidməti, ehtiyacı olan uşaqlara yerindəcə məsləhət və psixoloji yardım təqdim edərək, onların problemlərinin həllinə kömək edir.
Bu mühüm təşəbbüsə dəstək verdiyinə görə Elm və Təhsil Nazirliyinə təşəkkürümüzü bildiririk!