Uşaqların hüquqlarının müdafiəsi və sosial-psixoloji dəstəyə çıxış imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Uşaq Qaynar Xətt Xidməti Bakı Sumqayıt və Abşeron üzrə maarifləndirmə tədbirlərini davam etdirir.

Bu təşəbbüs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (@edugovaz) dəstəyi və Ümidli Gələcək Sosial Təşəbbüslər İB-nin təşkilatçılığı ilə həyata keçirilir. Maarifləndirmə tədbirlərinin əsas məqsədi Uşaq Qaynar Xətt Xidmətini tanıtmaq, uşaqlar, yeniyetmələr və gənclər arasında bu xidmətin əhəmiyyətini vurğulamaq və onların qarşılaşa biləcəkləri çətin vəziyyətlərdə yardımın əlçatan olduğunu bildirməkdir.

Maarifləndirici tədbirlər çərçivəsində növbəti görüş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 185 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə məktəb şagirdlərinə və müəllim heyətinə qaynar xətt xidmətinin fəaliyyəti, müraciət qaydaları və uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Bu tədbirlər çərçivəsində mütəxəssislər uşaqlarla və müəllimlərlə açıq dialoq apararaq onların suallarını cavablandırıb, real həyat situasiyalarına dair müzakirələr təşkil ediblər. Görüş zamanı uşaqlara onların emosional rifahının qorunması, psixoloji dayanıqlılığın artırılması və təhlükəli hallarda düzgün davranış strategiyaları barədə də tövsiyələr verilib. Sonda şagirdlər #116111 qaynar xətti ilə əlaqə saxlayaraq sınaq zəngi həyata keçirilmişdir.

Qeyd edək ki, Uşaq Qaynar Xətt Xidməti @azercell və @unicef_azerbaijan-ın birgə dəstəyi ilə fəaliyyət göstərir.


Təhlükəsiz və əlçatan mühitin yaradılması, uşaqların rifahının təmin edilməsi və maarifləndirici tədbirlərin keçirilməsində verdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkürümüzü bildiririk.


✅ Unutma! Yardım hər zaman əlçatandır – sadəcə bir zəng qədər yaxın!