Azərbaycan Uşaq Qaynar Xətt xidməti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Peşə Agentliyi ilə əməkdaşlıqda maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti maarifləndirici tədbir Qaradağ rayonunda yerləşən Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - 16 nömrəli Bakı Peşə Liseyində həyata keçirildi. Qeyd edək ki, silsilə maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd Uşaq Qaynar Xətt xidməti haqqında uşaqlar, yeniyetmələr və gənclərin arasında tanıtım etmək, həmçinin hər hansı çətinliklərlə, zorakılıqla, bullinq (qısnama), stress, aqressivlik və digər psixoloji gərginlik halları ilə üzləşdiklərində yardımın əlçatan olması və ala biləcəkləri sosial-psixoloji, hüquqi dəstək ilə bağlı məlumatlandırma aparmaqdır.
Əməkdaşlıq və müvafiq şəraitin yaradılmasına dəstək verdiyi üçün Elm və Təhsil Nazirliyinə təşəkkür edirik!
UNUTMA! Yardım telefon qədər yaxındır.