Azərbaycan Uşaq Qaynar Xətt xidməti 2024-cü il ərzində uşaqların hüquqlarının qorunması və rifahının təmin olunması məqsədilə sosial, psixoloji və hüquqi dəstək xidmətlərini uğurla davam etdirmişdir. Qeyd etmək istərdik ki, il ərzində ümumilikdə 3,635 müraciət qəbul edilmiş, müraciətlərin böyük hissəsi hüquqi yardım, psixoloji dəstək və sosial problemlərin həllinə yönəlmişdir. Uşaq Qaynar Xətti həmçinin zorakılıq hallarının erkən aşkar edilməsi və uşaqların psixososial reabilitasiyası istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirmişdir. Maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsi və uşaqların hüquqlarına dair məlumatlılığın artırılması bizim prioritetimiz olmuşdur.