"2025-ci il Azərbaycan Prezidenti tərəfindən "Konstitusiya və Suverenlik ili" elan edilib. Bu, təşkilatınızın fəaliyyətinə necə təsir edəcək?

– Bu, insan hüquqlarının müdafiəsi məsələlərinə xüsusi əhəmiyyət verir. Biz, xüsusilə, uşaqların hüquqlarına insan hüquqlarının ayrılmaz bir hissəsi olaraq diqqət yetiririk. Bu il "Etibarlı Gələcək" təşkilatı çətin həyat şəraitində olan ailələrə kömək etməyə və uşaqların hüquqlarını qorumağa davam edəcək, bu barədə maarifləndirmə işlərini aparacaq. Bu, həmçinin 2020-2030 illəri üçün Uşaqların Hüquqlarının Qorunması üzrə Milli Strategiya ilə uyğunluq təşkil edir."