25 dekabr 2024-cü il tarixində baş verən faciəvi təyyarə qəzası bütün Azərbaycan xalqı üçün ağır zərbə oldu. Çətin dövrdən keçirik və bu dövrdə həm fərdi, həm də cəmiyyət olaraq düzgün yanaşma nümayiş etdirməyimiz çox vacibdir.
Bu dövrdə, həlak olanların ailələrinə və yaxınlarına dəstək göstərmək, sağ qalanlara isə vaxtında, peşəkar yardımı təmin etmək bizim başlıca məqsədimiz olmalıdır.
Yası olan ailələrə dəstək olmaq məqsədli ata biləcəyiniz ən yaxşı addım yasa və bunu yaşayana hörmət etməkdir. Həlak olanların ailələrinin hadisəni sorğulamadan yanında olmaq, onlara özlərini tək hiss etdirməmək, birlik nümayiş etdirməkdir. Unutmayın, onların sizin mənəvi dəstəyinizə ehtiyacı var, bunu əsirgəməyin. Belə hadisələrdə cəmiyyət olaraq birlik və həmrəylik vacibdir. Birlikdə dayanmaq insanlara təsəlli verəcəkdir.