Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi ABŞ Səfirliyinin Kiçik Qrantlar Proqramı çərçivəsində «Liderliyin tədrisi və inkişafı vasitəsilə icma daxili əməkdaşlığın qurulması» adlı layihə həyata keçirir. Layihə Azərbaycanın Göyçay, Ucar və Zərdab rayonlarında bələdiyyə, icra hakimiyyəti, icma, gənclər və QHT nümayəndələrinin birgə təlimlər vasitəsilə bir araya gətirilməsi və onlar arasında əməkdaşlığın daha yüksək səviyyədə təmin olunmasına yardım etməyə yönəlib. Layihə çərçivəsində liderliyi inkişaf etdirmək və əməkdaşlığı gücləndirmək üçün müvafiq ədəbiyyatın nəşr etdirilməsi, plakat və bukletlərin hazırlanması, həmçinin adı çəkilən regionda təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihənin həyata keçirilməsi yönündə artıq ilkin addımlar atılıb. Belə ki, ədəbiyyat hazırlanaraq nəşr olunmaq üçün mətbəəyə göndərilib, yerlərdə təlim iştirakçıları ilə görüşlər keçirilib və birinci modul üzrə təlim başa çatmaq üzrədir. Layihənin region üçün əsas əhəmiyyəti adı çəkilən bölgədə liderlərin üzə çıxarılması və vətəndəş cəmiyyətinin inkişaf etdirilməsindən ibarətdir. Qeyd etmək vacibdir ki, layihə çərçivəsində Ümidli Gələcək təşkilatının mütəxəssislərinin hazırladığı xüsusi təlim metodikası və ona əsaslanan xüsusi təlim modulları hazırlanmışdır. Bu təlim modulları yerli ehtiyacların, əhalinin, QHT-lərin, bələdiyyə və icra hakimiyyəti orqanlarının çətinlikləri, ehtiyaclarının öyrənilməsi və həmin rayonlarda mövcud olan bilik, bacarıq və təcrübənin qiymətləndirilməsindən əldə olunan məlumatlar əsasında hazırlanmışdır. Qiymətləndirmə və ehiyacların öyrənilməsi prosesinin nəticələrinə uyğun olaraq dörd modul hazırlanmışdır ki, onlar demokratiya və demokratik cəmiyyət, liderlik, yerli imkanların genişləndirilməsi, yerli resursların və yerli əhalinin iştirakının təmin edilməsi, layihələrin planlaşdırılması, yazılması, idarəedilməsi, monitorinqi və nəticələrin qiymətləndirilməsi kimi mövzuları əhatə etmişdir.
Liderliyin tədrisi və inkişafı vasitəsilə icma daxili əməkdaşlığın qurulması
SON XƏBƏRLƏR
Sosial iş ixtisası üzrə təhsil alan və hazırda istehsalat təcrübəsində
Sosial iş ixtisası üzrə təhsil alan və hazırda istehsalat təcrübəsində olan tələbələri...
BANM-də “Uşaqlar üçün Yaşıl Biliklər” adlı kitabının təqdimatı olub
Bu gün SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Uşaqlar üçün Yaşıl Biliklər” adlı ...
Azərbaycan Uşaq Qaynar Xətt Xidməti Maarifləndirmə Tədbirlərinə Davam
Uşaqların hüquqlarının müdafiəsi və sosial-psixoloji dəstəyə çıxış imkanlarının geni...
SON TƏDBİRLƏR
Uşaq və Qadın Qaynar Xətt Xidməti üçün Könüllü Psixoloqlar Axtarılır!
Uşaq və Qadın Qaynar Xətt Xidməti olaraq, psixoloji dəstəyə ehtiyacı olan uşaqlara, gəncl�...
Uşaq Qaynar Xətti üçün Könüllü Axtarılır!
Uşaq hüquqlarının müdafiəsi və onların rifahı üçün çalışmaq istəyən könüllüləri ...